MINOX – Haqqımızda

Haqqımızda

MINOX — Azərbaycanda professional mətbəx, bar və çamaşırxana avadanlıqlarının satış və quraşdırılmasında ixtisaslaşmış aparıcı şirkətdir.

Minox olaraq, 2007-ci ildən etibarən mətbəx, bar və çamaşırxana avadanlıqları sahəsində fəaliyyət göstəririk və bu illər ərzində dövlət və özəl sektor üzrə onlarla iri miqyaslı layihəni uğurla həyata keçirmişik. Şirkətimizin əsas fəlsəfəsi – sadəcə məhsul və ya layihə təqdim etməklə kifayətlənmək deyil, müştərilərimizlə uzunmüddətli, güvənə əsaslanan tərəfdaşlıq əlaqələri qurmaqdır. Hər bir layihəyə fərdi yanaşaraq, ilk dizayn mərhələsindən son quraşdırma və texniki təhvilə qədər hər addımı diqqətlə izləyir və keyfiyyəti daima ön planda saxlayırıq. Peşəkar mühəndislərdən və sahə üzrə ixtisaslaşmış satış məsləhətçilərindən ibarət komandamız, müştərinin tələblərini dərindən analiz edir, obyektin xüsusiyyətlərinə və fəaliyyət istiqamətinə uyğun ən optimal və dayanıqlı həlləri təklif edir. Bu yanaşma sayəsində Azərbaycanın aparıcı otel, restoran, xəstəxana və dövlət müəssisələri bizi etibarlı tərəfdaş kimi seçmiş, layihələrimizin keyfiyyəti ilə bağlı təkrar əməkdaşlıqlar qurmağa maraq göstərmişdir. Həyata keçirdiyimiz layihələrdə yalnız texniki avadanlıqların satışı və quraşdırılması ilə kifayətlənməyərək, eyni zamanda servis xidməti, təlimlər və texniki dəstək imkanları da təqdim edirik. Bu, “satışdan sonra xidmət” prinsipi ilə işləyən şirkət modeli formalaşdırmağımıza və bazar lideri mövqeyimizi möhkəmləndirməyimizə səbəb olmuşdur. Uzun illərin təcrübəsi, güclü komandamız və daima yenilənən texnoloji biliklərimizlə ən yüksək keyfiyyətli mətbəx avadanlıqları, enerji səmərəli sistemlər və təhlükəsizlik standartlarına uyğun həllər təqdim edərək, hər bir layihəyə dəyər qatmaqda davam edirik.

Komanda işi

Peşəkar Komanda

Təcrübəli mühəndis və satış komandamız hər bir müştərinin ehtiyaclarını dərindən analiz edərək, funksional, qənaətcil və uzunmüddətli mətbəx avadanlığı həlləri təqdim edir..

Layihə icrası

Uğurlu Layihələr

Minox olaraq, bu günə qədər bir çox iri həcmli mətbəx və texniki avadanlıq layihəsini uğurla icra etmişik. Yüksək keyfiyyətli xidmətimiz və davamlı texniki dəstəyimiz sayəsində müştəri məmnuniyyəti ilə seçilirik.

Fəaliyyət strukturumuz

🏠

Layihələrin hazırlanması (2D & 3D)

🎓

Peşəkar təlim və seminarlar

🧯

Servis və texniki dəstək

🛠️

Təsisat layihələri (elektrik, qaz, su və havalandırma)

Partnyorlarımız

Aşağıda göstərilən brendlərlə rəsmi partnyorluğumuz var:

🏢 Referanslarımız

Layihələrimizdən bəziləri:

Hilton Garden Inn
Tekfen İnşaat
Azərbaycan Respublikası Mərkəzi Bankı
Vergilər Nazirliyi
Bütün referanslara bax

Scroll to Top